Bank Of Baku

Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək

Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək
# 19 noyabr 2026 11:39 (UTC +04:00)

Xəzərin sahilboyu ərazi adlanan vahid bir ərazi statusu mövcud deyil.

APA xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin (gölünün) sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsi ilə bağlı keçirilən brifinqdə bildirib.

“Bu ərazi ilə bağlı əsasnaməmiz təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Orada hansı rejimin tətbiq olunmalı olduğu müəyyənləşdiriləcək. Tikililər özəlləşdirilə bilər, ya yox? Bütün mülkiyyət formaları mümkün ola bilər, ya yox? Təbii ki, dövlət həmin sahədə dövlət mülkiyyətinin qorunmasına və mülkiyyət məsələlərinə baxacaq. Amma indiyə qədər qanuniləşdirilmiş müəyyən obyektlər və mülkiyyət formaları var. Azərbaycan hüquqi dövlətdir. Qanunvericilik onlara hansı formada yanaşırsa, biz də həmin qaydada yanaşacağıq. Lakin tamamilə yararsız, normadan kənar və heç bir ictimai əhəmiyyət kəsb etməyən, əhəmiyyət daşımağa layiq olmayan tikililər, təbii ki, tənzimlənməlidir. Burada birmənalı şəkildə deyə bilmərik ki, həmin tikililər mütləq söküləcək və ya başqa tədbir görüləcək. Ola bilsin, uyğunlaşdırılacaq. Bunu qanun müəyyən edəcək”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR