Bərdədə ticarət obyektləri yanıb - FOTO

Bərdədə ticarət obyektləri yanıb - FOTO
# 18 dekabr 2021 22:12 (UTC +04:00)

Bərdədə ticarət obyektlərində yanğın baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğın şəhərin Bakı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, üç sahibkara məxsus obyekt tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alovun digər obyektlərə keçməməsi üçün müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR