Bərdədə Yuxarı Qarabağ kanalının bəndi uçub, əraziyə ağır texnika gətirilib - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə Yuxarı Qarabağ kanalının bəndi uçub, əraziyə ağır texnika gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 02 avqust 2023 19:43 (UTC +04:00)

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yüzlərlə hektar əkin sahəsi su altında qalıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, köməksiz qalan sakinlərin təxliyəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin kiçik qayığı gətirilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən əraziyə ağır texnika gətirilib, bəndin bərpası istiqamətində işlərə başlanılıb.

Habil Aslanoğlu

Çingiz Səfərli

***

17:36

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR