Azərbaycan və İtaliya arasında əməkdaşlıqla 65 sənəd mövcuddur.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan və İtaliya tərəfindən hazırda 20 sənədə baxılır.
“Ümid edirik ki, bu sənədlərin yaxın gələcəkdə imzalanmasının şahidi olacağıq”, - nazir vurğulayıb.
XİN rəhbəri Azərbaycan və İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə də toxunub.