Bank Of Baku

Biləcəridə 80 yaşlı kişinin əllərini bağlayıb pulunu oğurlayıblar

Biləcəridə 80 yaşlı kişinin əllərini bağlayıb pulunu oğurlayıblar
# 11 aprel 2022 10:35 (UTC +04:00)

Bakıda 80 yaşlı kişiyə qarşı quldurluq edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. DİN-in “102 - Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıblar.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR