Biləsuvarda avtomobil aşıb, 2 nəfər ölüb

Biləsuvarda avtomobil aşıb, 2 nəfər ölüb
# 18 iyul 2022 13:31 (UTC +04:00)

Biləsuvarda avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza rayonun Səmədabad kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Emin Baxış oğlu Quliyev idarəetməni itirib və "KIA" markalı avtomobili aşıb. Nəticədə sürücü ilə birgə sərnişin, 1958-ci il təvəllüdlü Qulu Qurban oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR