Biləsuvarda baş verən ağır qəzada yaralananların adları məlum olub - SİYAHI - FOTO - YENİLƏNİB - 4 - VİDEO

Biləsuvarda baş verən ağır qəzada yaralananların adları məlum olub - SİYAHI  - FOTO  - YENİLƏNİB - 4  - VİDEO
# 30 oktyabr 2022 17:47 (UTC +04:00)

Biləsuvar rayonunda baş verən qəzada yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə siyahı aşağıdakı kimidir:

- Sumqayıt şəhər sakini 1986 - cı il təvəllüdlü Elşən Vahid oğlu Qədirov,

- Sumqayıt şəhər sakini 1983 - cü il təvəllüdlü Rüstəm Fəxrəddin oğlu Əlişanov,

- Hacıqabul rayon sakini 1998 - ci il təvəllüdlü Süleyman Sadiq Abdullayev,

- Sumqayıt şəhər sakini 1998 ci il təvəllüdlü Emin Hakverdi oğlu Həsənov,

- Biləsuvar rayon sakini 1998 - ci il təvəllüdlü Elmir Emin oğlu Niftiyev,

- Biləsuvar rayon sakini 1994 cü il təvəllüdlü Elmar Marif İskəndərov,

- Biləsuvar rayon sakini 1992 ci il təvəllüdlü Vaqif Nürəddin oğlu İmanov,

- Qəbələ rayon sakini 1992 ci il təvəllüdlü Hacıyev Taryel Elhan oğlu Hacıyev

- Sumqayıt şəhər sakini 1979 cu il təvəllüdlü Razi Əliməhəmməd oğlu Pirimov

- Sabirabad rayon sakini 1995 ci il təvəllüdlü Əlizadə Elməddin Ələddin oğlu Əlizadə,

- Sumqayıt şəhər sakini 1989 cu il təvəllüdlü Bayramov Natiq Nizami Bayramov,

- Suumqayıt səhər sakini 1986 cı il təvəllüdlü Qədirov Elşən Vahid oğlu Qədirov və

- Sumqayıt şəhər sakini 1987 ci il təvəllüdlü Hüseynov Nicat Fərhad oğlu Hüseynov.

***

12:25

Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bunlar "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Şahin Möhbü oğlu Fətullayev və avtomobildə sərnişin qismində olan 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Bəymirzə Yəhya oğlu Mərdanovdur.

Yaralılar isə Biləsuvar rayon Mərkəzi xəstəxanasında müalicələrini davam etdirirlər.

***

10:20

Xəbərə fotolar əlavə edilib.

***

10:20

Bu səhər Biləsuvar rayonunda 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.

İlkin Rzayev

***

09:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR