Biləsuvarda iki avtomobil toqquşub, ölən var

Biləsuvarda iki avtomobil toqquşub, ölən var
# 28 aprel 2022 09:50 (UTC +04:00)

Biləsuvarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR