Binəqədidə evdən 50 min manatlıq oğurluq edilib

Binəqədidə evdən 50 min manatlıq oğurluq edilib
# 08 avqust 2022 12:49 (UTC +04:00)

Bakının Binəqədi rayonunda evdən oğurluq edən şəxslər tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 50000 manat dəyərində qapılar, pəncərələr, elektrik naqili, məhəccər və kafellər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Əliyev və T.Səfərov saxlanılıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR