Binəqədidə “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO

Binəqədidə “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO
  • Clock-gray 03:53
  • calendar-gray 20 Avqust 2019

Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub. Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.

Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Marketin rəhbərliyindən APA-ya verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.

Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date