Bank Of Baku

BMU-nun itkin düşən tələbəsi tapılıb - FOTO - YENİLƏNİB - VİDEO

Lamiyə Binnətova

© APA | Lamiyə Binnətova

# 19 aprel 2022 15:37 (UTC +04:00)

Bakı Mühəndislik Universitetinin (BMU) 18 gün əvvəl itkin düşən tələbəsi tapılıb.

BMU-nun mətbuat xidmətinin rəhbəri Elman Babayev APA-ya açıqlamasında deyib ki, itkin düşən Lamiyə Binnətovanın yaxınları universitetlə əlaqə saxlayaraq onun tapıldığını bildiriblər.

Lamiyə Binnətovanın hansı səbəbdən itkin düşməsi ilə bağlı əlavə məlumat verilməyib.

***

09.59

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

APA-nın xəbərinə görə, Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binnətova Lamiyə Nizami qızı Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi olub: “Aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb. Daha sonra dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Ailə Daxili İşlər Nazirliyinə məlumat verib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR