Həbs edilmiş şəxslərdən 47 mobil telefon götürülüb

Həbs edilmiş şəxslərdən 47 mobil telefon götürülüb
# 17 iyul 2019 18:23 (UTC +04:00)

2019-cu ilin 6 ay ərzində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 29 litr qıcqırdılmış maye, 40 fakt üzrə 58,581 qram narkotik və psixotrop maddə, 47 mobil telefon aşkarlanaraq götürülüb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarım illiyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib.

“Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib”, - O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR