Cəlilabad sakini 7 aydır itkin düşüb - FOTO

Cəlilabad sakini 7 aydır itkin düşüb - FOTO
# 17 iyul 2019 16:08 (UTC +04:00)

Cəlilabadda itkin düşmüş 24 yaşlı qadın axtarılır.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16.12.2018-ci il tarixində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Onun əlamətləri: Boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qara. Subaydır.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR