Cəlilabadda 22 yaşlı oğlan qətlə yetirilib

Cəlilabadda 22 yaşlı oğlan qətlə yetirilib
# 04 dekabr 2021 18:17 (UTC +04:00)

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, Vüsal Əliyev Akif Heydərov tərəfindən bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR