Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
# 25 fevral 2023 13:01 (UTC +04:00)

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var.

APA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə rayon sakinləri, 2006-ci il təvəllüdlü Ü.Piriyev və 2007-ci il təvəllüdlü İ.Mikayılov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR