Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşının məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşının məhkəməsi başlayıb
# 12 sentyabr 2019 11:51 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşı Rinat Qabitov, qaçaqmalçılıqda təqsirləndirilən İlkin Əliyev və Malik Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Qabitovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs Azərbaycan dilini bilmir və cinayət işi materialları ilə tərcüməçinin iştirak etməsi ilə bağlı sənəd yoxdur.

Vəkil bununla bağlı istintaq təcridxanasına sorğu verildiyini deyərək, cavab alınanadək iclasın təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə prosesi sentyabrın 19-dək təxirə salınıb.

Qeyd edək ki, bir neçə il əvvəl Amil Yusifov Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, Qazaxıstan vətəndaşı olan R.Qabitov onu siqaret biznesi qurmaq adı ilə aldadaraq 525 min ABŞ dollarını alıb. Daha sonra R.Qabitov saxlanılıb. İstintaq dövründə Qazaxıstan vətəndaşı ilə yanaşı İ.Əliyevlə M.Heydərovun da cinayət törətdiyi məlum olub və hər iki şəxs saxlanılıb. Xatırladaq ki, A.Yusifov daha əvvəl ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş qismində tanınıb. MTN əməkdaşları onu ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirməkdə şübhəli bilib saxlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR