Bank Of Baku

Dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri xəstəxanada ölüb - VİDEO

Dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri xəstəxanada ölüb - VİDEO
# 30 mart 2022 16:07 (UTC +04:00)

Qaxda ötən gün dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri Bakıda xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun xəbərinə görə, Qax rayonunun Qum kənd sakini 44 yaşlı Fərid Həşimov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Fərid Həşimov ötən gün günorta saatlarında dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan martın 29-dan 30-na keçən gecə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonu Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ay əvvəl işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR