DİN: Bakıda hərəkətin fasiləsizliyi üçün informasiya mübadiləsi genişləndirilib

DİN: Bakıda hərəkətin fasiləsizliyi üçün informasiya mübadiləsi genişləndirilib
# 10 iyun 2022 12:49 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.

APA xəbər verir ki, bunu DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üşün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə işıqforforların sıxlığa görə tənzimlənməsi təmin olunur.

Qeyd olunub ki, İdarəetmə Mərkəzində olun məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM"radio kanalı və digər informasiya resursları ilə ictimaiyyətə çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR