DİN: NK-nın qarşısında razılışdırılmamış aksiyanın keçirilməsi yolverilməzdir

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 18 iyul 2022 18:04 (UTC +04:00)

“İyulun 20-də bir qrup şəxsin Nazirlər Kabinetinin inzibati binasının önündə aksiya keçirmək barədə çağırışlara münasibət olaraq bildiririk ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsi yolverilməzdir”.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

O deyib ki, belə bir cəhd olarsa, müvafiq tədbirlərlə qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR