Bank Of Baku

Qrup halında narkotik qəbul edən şəxslər tutulub - YENİLƏNİB - VİDEO

Qrup halında narkotik qəbul edən şəxslər tutulub - YENİLƏNİB  - VİDEO
# 12 oktyabr 2022 12:31 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

DİN-dən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

***

11.13

Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin qrup halında narkotik vasitə qəbul etməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya açıqlamasında bildirilib ki, yayılan görüntülərlə bağlı məlumatlıdırlar:

“Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR