DİN Şirvanda bıçaqlanma ilə bağlı məlumat yayıb

DİN Şirvanda bıçaqlanma ilə bağlı məlumat yayıb
# 25 iyul 2022 09:59 (UTC +04:00)

DİN Şirvanda bıçaqlanma ilə bağlı məlumat yayıb

İyulun 25-də saat 01:50-də Şirvan şəhər sakini R. Bağırovun bədənin çoxsaylı bıçaq yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Bəxtiyar Alışov qısa zamanda saxlanılaraq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı R. Bağırova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarətlər yetirdiyini bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR