DİN: Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı müraciət etməyib - VİDEO

Tahir Kərimli

© APA | Tahir Kərimli

# 17 fevral 2022 11:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.

Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR