Doğum evində körpə ölümü ilə bağlı araşdırma başlayıb

Doğum evində körpə ölümü ilə bağlı araşdırma başlayıb
# 27 iyul 2022 19:38 (UTC +04:00)

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, körpənin ölümünün səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR