DSX özünü güllələyərək ölən əsgərlə bağlı məlumat yayıb - YENİLƏNİB - VİDEO

DSX özünü güllələyərək ölən əsgərlə bağlı məlumat yayıb - YENİLƏNİB  - VİDEO
# 07 dekabr 2022 08:36 (UTC +04:00)

Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub.

***

Saat 08:30

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu ölüb.

APA-nın əldə etdiyi məlumata görə, o ötən gün müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR