Edillidəki kütləvi məzarlıqda insan skletlərinin altından yeniləri çıxa bilər

Edillidəki kütləvi məzarlıqda insan skletlərinin altından yeniləri çıxa bilər
# 15 oktyabr 2022 15:26 (UTC +04:00)

Xocavəndin Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqdakı insan skletləri götürüldüksən sonra, qazıntı işləri təkrar davam etdiriləcək.

Bunu APA-nın Qarabağ bürosuna Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Xocavənd Edilli ekspedisiyasının rəisi Akif Quliyev deyib.

Onun sözlərinə görə, çox güman ki, bu skletlərin altından yeniləri də çıxa bilər: "Ona görə ki, şahidlərin ifadəsində bu ərazidə çoxlu sayda insanların öldürülüb dəfn edildiyi barədə məlumatlar var. Biz də qazıntı işlərini davam etdirib, tam əmin olduqdan sonra işləri dayandıracağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR