Bank Of Baku

FHN: Ötən sutka 124 yanğına çıxış olub

FHN: Ötən sutka 124 yanğına çıxış olub
# 05 aprel 2022 11:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 124 yanğına çıxış və 7 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər təxliyə olunub.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda 1966-cı il təvəllüdlü Məmmədov Abbas Kamal oğlunun və Mingəçevir şəhərində 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR