Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb

Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb
# 06 iyun 2023 23:11 (UTC +04:00)

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR