Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolun qarşı tərəfinə keçmək istəyən piyada 1967-ci il təvəllüdlü Əntiqə Musayevanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.