Gəncədə 59 yaşlı kişi meyiti tapılıb

Gəncədə 59 yaşlı kişi meyiti tapılıb
# 28 may 2022 00:22 (UTC +04:00)

Gəncədə dəmir yolunun yaxınlığında meyit tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, araşdırma zamanı həmin şəxsin Ucar rayon Qazqumlaq kənd sakini 59 yaşlı Emilov Şaban Əlibaba oğlu olduğu müəyyən olunub.

İlkin məlumata görə, Şaban Emilov yaxın zamanlarda dəmir yollarında işə düzəlib.

Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə regional mərkəzinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR