Gəncədə avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Gəncədə avtomobil motosikletlə toqquşub, xəsarət alan var
# 21 yanvar 2022 11:37 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR