Gəncədə avtoxuliqanlıq edənlər saxlanılıb

Gəncədə avtoxuliqanlıq edənlər saxlanılıb
# 04 may 2022 11:41 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Qeyd olunub ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub: “Bundan başqa, onların arasında Vətən müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR