Gəncədə güclü külək bir sıra fəsadlar törədib - FOTO - YENİLƏNİB

Gəncədə güclü külək bir sıra fəsadlar törədib - FOTO  - YENİLƏNİB
# 23 may 2023 19:31 (UTC +04:00)

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə bu gün axşam saatlarında başlayan güclü külək şəhərin bir neçə yerində ağacları qırıb. Hazırda qeyri-sabit hava şəraiti Qərb bölgəsində davam edir.

***

18:58

Gəncəyə güclü yağışdan sonra sel gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında güclü küləkdən sonra şəhərdə intensiv yağış yağıb.

Nəticədə sel gəlib, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Hazırda güclü yağış davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR