Gəncədə qadına əri tərəfindən xəsarət yetirilməsi faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1969-cu il təvəllüdlü A.Qəhrəmanova başından bıçaq və çəkiclə aldığı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, qadına həyat yoldaşı, 1970-ci il təvəllüdlü X.Qəhrəmanov bıçaq və çəkiclə xəsarət yetirib.
DİN mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin olunub. Ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.