Bank Of Baku

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqlayıb - YENİLƏNİB

Gəncə, 8 nömrəli tam orta məktəb

© APA | Gəncə, 8 nömrəli tam orta məktəb

# 19 aprel 2022 13:02 (UTC +04:00)

Polis Gəncədə məktəblinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisində olan məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirdiyi məlum olub.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

***

12.40

Gəncə şəhərində məktəbli sinif yoldaşına xəsarət yetirib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 9-cu sinif şagirdi olan qız digər məktəbli yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR