Gəncədə toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO - VİDEO

Gəncədə toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO  - VİDEO
# 18 aprel 2022 10:33 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Xəbərə görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi, digər hərəkət iştirakçılarına təhlükə yaratması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşmaları məlum olub. Qeyd olunub ki, onların arasında Vətən müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır. Həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Hazırda digər şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR