Bank Of Baku

Gəncədə və Ağstafada dəm qazından zəhərlənmə olub

Gəncədə və Ağstafada dəm qazından zəhərlənmə olub
# 31 mart 2022 08:05 (UTC +04:00)

Gəncədə zəhərlənmə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində baş verib.

2001-ci il təvəlldlü Əliyev Kamil zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə isə Ağstafada baş verib.

Rayonun Dağkəsəmən kənd sakini 1990-ci il təvəllüdlü Səbinə Xudaverdiyeva zəhərlənmə ilə xəstəxanaya çatırılıb.

Dərhal qadına lazımi tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR