Gəncədə yük maşını piyadanı vurub

Gəncədə yük maşını piyadanı vurub
# 22 yanvar 2022 21:26 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "KamAz "markalı yük maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR