Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib - YENİLƏNİB 1 - VİDEO

Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib  - YENİLƏNİB 1  - VİDEO
# 18 yanvar 2022 21:58 (UTC +04:00)

Goranboy rayon prokurorluğu Tapqaraqoyunlu kənd sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda deyilir:
“Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.

***

21.34

Goranboy sakini Vüqar Məmmədovun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, o, kəndin kənarında yerləşən şəxsi təsərrüfatında qoyun otararkən minaya düşüb.

***

21.07

Goranboy sakini minaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. V. Məmmədov xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR