Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sərxan Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. 25 yaşlı gənc xəstəxanaya aparılıb, orada onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.