Goranboyda 30 yaşlı kişi  bıçaqlanıb

Goranboyda 30 yaşlı kişi  bıçaqlanıb
# 11 may 2022 08:19 (UTC +04:00)

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni binalar yaşayış masivvində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məhəmmədli Kənan Nəzər oğlu boyun nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Fakla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR