Bank Of Baku

Goranboyda ər və arvad döyülüb - YENİLƏNİB

Goranboyda ər və arvad döyülüb - YENİLƏNİB
# 14 aprel 2022 10:07 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ər və arvadın döyülməsi faktına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların və ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

DİN əməkdaşı araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

***

08.10

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kələk kəndində baş verib.

1971-ci il təvəllüdlü Aqil Babayev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Mənzurə Sarıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Babayev və M.Sarıyeva Aqilin qardaşı oğlu tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR