Goranboyda ölümlə nəticələnən qəza baş verib  - FOTO - VİDEO

Goranboyda ölümlə nəticələnən qəza baş verib  - FOTO  - VİDEO
# 01 may 2022 01:07 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ağır xəsarət alan sürücü, 1994-cü il təvəllüdlü İlqar Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR