Goranboyda qəzada xəsarət alan qadın xəstəxanada ölüb

Goranboyda qəzada xəsarət alan qadın xəstəxanada ölüb
# 04 yanvar 2023 15:40 (UTC +04:00)

Goranboyda minik maşının işıq dirəyinə çırpılması zamanı xəsarət alan qadın müalicə aldığı xəstəxanda dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, ölən qadın 63 yaşlı Səkinə İsgəndərovadır. Qadın bu gecə xəstəxanada ölüb.

Qeyd edək ki, qəza yanvarın 1-də Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR