Goranboyun həbsdə vəfat edən icra başçısının qardaşı oğlu qəzada ölüb - FOTO

Goranboyun həbsdə vəfat edən icra başçısının qardaşı oğlu qəzada ölüb - FOTO
# 20 mart 2023 14:40 (UTC +04:00)

Naftalanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Naftalan şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

33 yaşlı Cavid Quliyev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı sürücü Cavid Quliyev hadisə yerində ölüb.

Qeyd edək ki Cavid Quliyev Müsəllim oğlu Goranboy rayonunun həbsdə vəfat edən icra başçı Nizaməddin Quliyevin qardaşı oğludur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR