Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb
# 19 sentyabr 2022 09:30 (UTC +04:00)

Göyçayda 14 yaşlı yeniyetmə zəhərlənərək ölüb.

APA xəbər verir ki, rayonun Qaraxıdır kənd sakini, 2008-ci il təvəllüdlü G.S. yaşadığı evin həyətində yerləşən istixanada zərərverici həşəratların məhv edilməsi üçün qoyulmuş zəhəri içib.

O, pomidor şitillərinə vurulmaq üçün şirə şüşəsinə doldurulmuş mayeni sərinləşdirici içki hesab edib.

Nəticədə 14 yaşlı qız ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR