Göyçayda maşın hasara çırpılıb, 13 yaşlı məktəbli və sürücü ölüb - FOTO - YENİLƏNİB

Göyçayda maşın hasara çırpılıb, 13 yaşlı məktəbli və sürücü ölüb - FOTO  - YENİLƏNİB
# 19 sentyabr 2022 19:40 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***

19.01

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunda, Göyçayın Xəlitli kəndi ərazisində qeydə alınıb. 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR