Göyçayda bir neçə gün əvvəl özünü yandıran qadın dünyası dəyişib.
APA -nin Şirvan bürosu xəbər verir ki, rayonun Mirzə Hüseynli kəndində yaşadığı evdə özünü yandıran 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı xəstəxanada keçinib.
Göstərilən müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma davam edir.
İlham Əhmədov