Göygöldə 55 yaşlı kişi bıçaqlanıb

Göygöldə 55 yaşlı kişi bıçaqlanıb
# 25 mart 2023 08:20 (UTC +04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Səftar Məmmədov döş qəsəfinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

55 yaşlı kişi dərhal əməliyyat edilib, vəzyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR