Göygöl sakini dəm qazından boğularaq ölüb

Göygöl sakini dəm qazından boğularaq ölüb
# 09 dekabr 2022 08:27 (UTC +04:00)

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Mikayıl Alıpaşayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

28 yaşlı kişi xəstəxanaya aparılsa da ölüb.

Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın xəstəxanya yerləşdilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR