Göygöldə obyektdən oğurluq olub  

Göygöldə obyektdən oğurluq olub  
# 08 yanvar 2022 21:35 (UTC +04:00)

Göygöl rayonunda obyektdən oğurluq edən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacıməlik qəsəbəsi ərazisindəki obyektlərin birində baş verib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hacıməlik qəsəbəsi ərazisindəki obyektlərin birindən 4000 manat dəyərində 1 ədəd dəmir darvaza, 6 ədəd plastik pəncərə, dəmir borular və masalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Y.Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR